10:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

    Hüquq olimpiadasına start verilib.

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, habelə ümumtəhsil məktəblərinin şagirdləri arasında hüquq olimpiadasına dünən start verilib. 
    İki turda nəzərdə tutulmuş olimpiadadaiştirak etmək üçün muxtar respublikanın 3 ali, 3 orta ixtisas təhsili müəssisələrindən, o cümlədən Naxçıvan şəhəri də daxil olmaqla muxtar respublikanın 7 rayonu üzrə 176 tam orta ümumtəhsil məktəbindən, ümumilikdə, 981 tələbə və şagird qeydiyyata alınıb.
    Olimpiadanın ilk turu noyabrın 5-də naxçıvan şəhəri üzrə 12 nömrəli tam orta məktəbdə, həmçinin bütün rayon mərkəzlərində keçirilib. Olimpiadada naxçıvan şəhəri və muxtar respublikanın 7 rayonunun 176 məktəbinin 677 X-XI sinif şagirdi iştirak edib.test üsulu ilə keçirilən birinci turda məktəblilər Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarına, muxtariyyətin tarixi və hüquqi əsaslarına dair 60 sual üzrə biliklərini sınayıblar. Qeyd edək ki, noyabrın 8-də analoji olimpiada muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin II-III kurs tələbələri arasında keçiriləcək. Onlar da birinci mərhələdə 60 suala cavab verəcəklər.
    Olimpiadanın nəticələri dövlət qurumları və elm, təhsil müəssisələrinin nümayəndələrindən ibarət yaradılan münsiflər heyəti tərəfindən yoxlanılacaq. olimpiadanın II (yekun) turunda ən yüksək bal toplayan tələbə və şagirdlər qalib elan ediləcəklər.

                                                                                                 06/11/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).