3:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən növbəti başçəkmə həyata keçirilmişdir.


    Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində azadlıqdan məhrum etmə yerlərində, müvəqqəti saxlama təcridxanalarında, o cümlədən müvafiq sosial obyektlərdə həyata keçirilən başçəkmələr 2014-cü ilin noyabr ayı ərzində də davam etdirilmişdir.
   Belə ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən noyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasına növbəti başçəkmə həyata keçirilmişdir.
   Həyata keçirilən başçəkmə zamanı Preventiv mexanizm qrupunun üzvləri İstintaq Təcridxanasında saxlanılan şəxslərin saxlanma şəraitini, tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlarla rəftarını diqqət mərkəzində saxlamışlar.
  Həmçinin bu müəssisədə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisədə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və işçi heyətinin onlara qarşı rəftarından narazılıq etməmişlər.
   Saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onlara hüquq və vəzifələri, həmçinin "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müddəaları haqqında ətraflı məlumat verilmişdir.
  Başçəkmə zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.

                                                                                                             17/11/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).