6:34 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

   Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu müzakirə edilib.


   Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin iclas zalında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
   Tədbiri Naxçıvan MR Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat bölməsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Səyyub Kərimov açıb.
   Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğunun vahid elementi kimi" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran başlıca vəzifələrdən biri vətəndaş cəmiyyətinə və hüquqi dövlət quruculuğuna keçidi sürətləndirmək idi. 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə demokratiya, siyasi plüralizm və vətəndaş cəmiyyətinin qurulması əsas məqsədlər kimi müəyyən edildi. Vətəndaşları cəmiyyət və dövlətin həyatında fəal rol oynamağa səsləyən ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün tələb olunan normativ-hüquqi baza yaradılmağa və təkmilləşdirilməyə başlandı. Respublikamızda qeyri-hökumət və kommersiya təşkilatları olan ictimai birliklərin yaranması geniş vüsət aldı.
   Qeyd edilib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları sektorunun fəaliyyətinə dövlət təminatı verən qanunvericiliyin əsası ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası olub. Bundan əlavə, məhz dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması müxtəlif sahələri əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının cəmiyyətimizdəki demokratik proseslərə qoşulmasına, onların dövlət orqanları və beynəlxalq qurumlarla səmərəli əlaqələrinin qurulmasına geniş imkanlar açıb.
    Ötən müddət ərzində bu sahədə bir çox hüquqi islahatların aparıldığını deyən məruzəçi bildirib ki, muxtar respublikamızda da bütün sahələrdə olduğu kimi, vətəndaş cəmiyyəti institutlarına da xüsusi diqqət və qayğı göstərilir, bu sahədə təqdirəlayiq addımlar atılır. "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 16 may tarixli Fərmanı bunun bariz nümunəsidir. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikamızda bütün münasibətlər sahəsində ictimai təşkilatlar fəaliyyət göstərir, vətəndaşlar bu cür təşkilatlarda birləşərək öz maraqlarını təmin etməyə çalışırlar.
    Tədbirdə Naxçıvan MR Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun, "Gənclərin Sosial Aktivliklərinin Artırılması Təşkilatı" İctimai Birliyinin təsisçisi Ayşən İmanlının çıxışları olub.
    Sonra tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıblar.

                                                                                               26/11/2014














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).