10:14 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Psixi Xəstəliklər Dispanserində növbəti başçəkmə həyata keçirilmişdir.
 
Əhalinin müxtəlif qruplarının, o cümlədən psixiatriya xəstəxanalarında müalicə olunan şəxslərin hüquqlarının müdafiəsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən daim diqqət mərkəzində saxlanılır. Preventiv mexanizm funksiyalarının icrası məqsədilə Ombudsman və onun Preventiv mexanizm qrupunun üzvləri azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərində, o cümlədən psixiatriya xəstəxanalarında müntəzəm olaraq planlı monitorinqləri davam etdirir, başçəkmələr həyata keçirirlər.
Martın 1-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserinə qabaqcadan xəbər vermədən planlı olaraq başçəkmə həyata keçirilmişdir.
"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı Müvəkkilin Preventiv mexanizm qrupunun üzvləri Psixi Xəstəliklər Dispanserindəki inzibati, müalicə və müayinə otaqlarına, palatalara, habelə mətbəxə baxmış, burada müalicə olunan şəxslərin vəziyyətini araşdırmışlar. 
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir. 
 
03/03/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).