Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir. Dekabrın 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Ciddi və Ümumi rejimlərində hüquqi maarifləndirmə tədbirləri keçirmişdir. Tədbirlərdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin əməkdaşları və həmin müəssisədə cəza çəkən məhkumlar iştirak etmişlər. Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev “Məhkumların müraciətləri və onalara baxılması qaydaları” və "Məhkumların seçki hüququ" mövzularında geniş məruzə ilə çıxış etmişdir. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Tədbirə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov yekun vurmuşdur. 12/12/2014
|