17:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

19 fevral 2015-ci  il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrin icrasına dair iclas keçirilmişdir.

 

Fevralın 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında da 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
İclasda Müvəkkil (Ombudsman) Ülkər Bayramova məruzə ilə çıxış edib. Bildirilib ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini insan hüquqlarının müdafiəsi, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və bu məqsədlə müvafiq maarifləndirici vəsaitlərin hazırlanması, paylanması, ictimaiyyətlə, informasiya vasitələri və beynəlxalq təşkilatların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində davam etdirib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) vətəndaşlar tərəfindən yazılı, şifahi və elektron formada 117 müraciət daxil olub, müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb, daxil olan bütün müraciətlər cavablandırılıb.
Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə işinin təşkil edilməsidir. 2014-cü il ərzində Müvəkkil təsisatı tərəfindən, ümumilikdə, muxtəlif sosial qruplara ünvanlanmış 86 tədbir keçirilib.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsinin, qanunvericilik bazasının zənginləşdirilməsinin, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkilin və təsisatın fəaliyyətinin işıqlandırılmasının, elektron müraciət səhifəsinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Ülkər Bayramova qeyd edib ki, 2014-cü ildə Müvəkkilin rəsmi internet səhifəsinin elektron kitabxana bazası qanunvericilik aktları ilə, o cümlədən Müvəkkil təsisatında hazırlanmış hüquqi maarifləndirici vəsaitlərlə mütəmadi olaraq zənginləşdirilib.
Müvəkkil (Ombudsman) qarşıda duran vəzifələrdən də danışaraq bildirib ki, təsisat 2015-ci ildə də insan hüquqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübəni daha da inkişaf etdirəcək və mütəmadi təkmilləşdirəcəkdir.
Sonra məruzə ətrafında Müvəkkil Aparatının əməkdaşları Babək Hacıyevin, Abil Orucəliyevin, Sadiq Babayevin çıxışları olub.

 

                                                                                                                20/02/2015 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).