19:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən fevral ayı ərzində bir sıra başçəkmələr həyata keçirilmişdir.

Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və onun Preventiv mexanizm qrupunun üzvləri tərəfindən fevral ayı ərzində Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi rejim-1 və ümumi rejim-2 bölmələrinə başçəkmələr həyata keçirilmişdir.
Həyata keçirilən başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlarla rəftarını diqqət mərkəzində saxlamışlar.
Həmçinin bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı saxlanılan şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir. 

 

                                                                                                   27/02/2015 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).