22:19 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən mart ayı ərzində növbəti başçəkmə həyata keçirilmişdir.

Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən mart ayı ərzində Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserində başçəkmə həyata keçirilmişdir.
Həyata keçirilən başçəkmə zamanı Preventiv mexanizm qrupunun üzvləri Psixi Xəstəliklər Dispanserində müalicə alan şəxslərin saxlanma şəraitini, tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlarla rəftarını diqqət mərkəzində saxlamışlar.
Həmçinin bu müəssisədə müalicə alan şəxslərlə qrup şəklində və ya təkbətək çoxsaylı söhbətlər aparılmış, söhbətlər zamanı müalicə alan şəxslər bu müəssisələrdə müalicə almaq üçün yaradılan şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməmişlər.
Başçəkmə zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.

                                                                                                              01/04/2015














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).