Aprel ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən bir sıra başçəkmələr həyata keçirilmişdir.
Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və onun Preventiv qrupunun üzvləri Naxçıvan Muxtar Respublikası ərazisində azadlıqdan məhrumetmə yerlərində, o cümlədən müvafiq sosial obyektlərdəki saxlanma şəraitini daim diqqət mərkəzində saxlayır, bu müəssisələrdə müntəzəm olaraq başçəkmələr həyata keçirirlər.
Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv qrupunun üzvləri tərəfindən aprel ayı ərzində Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evində, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində (2), Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsində, Naxçıvan şəhər Polis İdarəsinin 1 ¹ li Polis bölməsində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Şərur rayon Polis Şöbəsində, Şərur rayon Polis Şöbəsinin İbadullah Polis Bölməsində, Culfa rayon Polis Şöbəsində, Culfa rayon Polis Şöbəsinin Əlincə Polis Bölməsində, Ordubad rayon Polis Şöbəsində, Ordubad rayon Polis Şöbəsinin Biləv Polis Bölməsində, Babək rayon Polis Şöbəsində, Babək rayon Polis Şöbəsinin Cəhri Polis Bölməsində, həmçinin Sədərək, Kəngərli və Şahbuz rayon Polis Şöbələrində başçəkmələr həyata keçirilmişdir. Həyata keçirilən başçəkmələr zamanı Preventiv qrupun üzvləri adı çəkilən müəssisələrdə tibbi xidmətin vəziyyətini, qidanın keyfiyyətini, işçi heyətin onlarla rəftarını diqqət mərkəzində saxlamışlar. Başçəkmələr zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.