8:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın Ədliyyə Nazirliyi ilə birgə tədbirlər planına əsasən hüquqi maarifləndirmə tədbirləri 2015-ci ildə də davam etdirilir.

May ayının 22-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanasında və Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Ümumi rejim-2 bölməsində hüquqi maarifləndirmə tədbirləri keçirmişdir.
Həyata keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrin əməkdaşları və Ümumi -2 rejim bölməsində cəza çəkən məhkumlar iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov Ombudsman Aparatı ilə keçirilmiş bu kimi tədbirlərin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev Ümumi-2 rejim bölməsində keçirilən tədbirdə "Penitensiar müəssələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası Qanunvericiliyinin izahı" və İstintaq təcridxanasında keçirilən tədbirdə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun izahı" mövzularında geniş məruzə ilə çıxış etmişdir.
Daha sonra məruzəçi "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Penitensiar müəssələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında " Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının cinayət, cinayət-prosesual və cəzaların icrası qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanması ilə əlaqədar beynəlxalq və milli qanunvericiliyin tələbləri ilə bağlı görülmüş işlər barədə iştirakçılara geniş məlumat vermişdir.

25/05/2015













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).