15:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən may ayı ərzində növbəti başçəkmələr həyata keçirilmişdir.
 
Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən may ayı ərzində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Culfa və Şərur rayon Polis şöbələrində, Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəsssisəsinin ümumi rejim-2 bölməsi və İstintaq Təcridxanasında başçəkmələr həyata keçirilmişdir.
Başçəkmələrdə məqsəd saxlanılan şəxslərin saxlanılma şəraitini və işçi heyətin onlarla rəftarını araşdırmaqdan ibarət olmuşdur.
Bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində çoxsaylı söhbətlər aparılmış, saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməmiş, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunmuşdur.
Həmçinin Preventiv Mexanizm Qrupunun üzvləri tərəfindən Culfa və Şərur rayon Polis şöbələrində həyata keçirilən başçəkmələrdə orada saxlanılan şəxsin olmadığı müəyyən edilmişdir.
Başçəkmə zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.
 
01/06/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).