12:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

       Müvəkkilin Əlahiddə Ümumqoşun Ordusu ilə birgə planına əsasən hüquqi maarifləndirmə tədbirləri 2015-ci ildə də davam etdirilir.
 
 
İyun ayının 4-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun müvafiq struktur bölmələri ilə birlikdə Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan şəhərində yerləşən "Zabitlər Evi"ndə hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
Həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordu Komandanının əməkdaşı Akif Ələsgərov və N saylı hərbi hissələrin əsgər və zabit heyəti iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordu Komandanının əməkdaşı Akif Ələsgərov bugünədək Ombudsman Aparatı ilə əsgər və zabitlərin müxtəlif mövzularda hüquqi marifləndirliməsinə dair bir sıra tədbirlərin həyata keçirildiyini, bu kimi tədbirlərin xüsusi önəm daşıdığını və hərbi qulluqçuların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsi, həmçinin hərbi hidmətin hüquqi əsaslarının gənc əsgərlərimizə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Ombudsman təsisatının insan hüquqlarının müdafiəsində rolu və əhəmiyyəti" və "Naxçıvan Muxtar Rsepublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv Mexanizm funksiyasının izahı" mövzularında geniş məruzə ilə çıxış etmişdir.
Abil Orucəliyev qeyd etmişdir ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanimzləri sırasında dünyada bugün ən geniş yayılmış təsisat Ombudsman təsisatıdır. Bu gün dünyada klassik Ombudsman modeli kimi tanınan qurum 1809-cu ildə İsveçdə yaranmış və inkişaf edərək bir çox Avropa və dünya dövlətlərinə yayılmışdır.
Ombudsman institutunun hazırda müxtəlif idarəetmə forması və hüquq sistemi olan 100-dən artıq dövlətdə təşəkkül tapdığını nəzərə çatdıran A.Orucəliyev bu təsisatın Muxtar Respublikamızda yaradılması, fəaliyyətinin təmin edilməsi, insan hüquqlarının müdafiəsi sistemində mühüm əhəmiyyəti haqqında geniş məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində Müvəkkil təsisatının yeni qurum olduğunu bildirən Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, mövcud qanunvericiliyə və praktikaya müvafiq olaraq Müvəkkilin fəaliyyəti əsas insan hüquq və azadlıqlarının müdafiəsini və bərpasını təmin edən digər dövlət orqanlarının fəaliyyətini məhdudlaşdırmır və əvəz etmir. O yalnız bu sahədə bu qurumların fəaliyyətinin təkmilləşdirilməsinə, dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərinin hərəkət və hərəkətsizliyi ilə bağlı çatışmamazlıq və bu problemlərin aradan qaldırılmasına xidmət etməklə yanaşı, dövlət qurumları tərəfindən əsas insan hüquq və azadlıqlarının realizə edilməsində mühüm təsir vasitəsidir. 
Daha sonra məruzəçi "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun və "İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə" Konvensiyasının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Əlahiddə Ümumqoşun Ordu Komandanının əməkdaşı Akif Ələsgərov bu kimi tədbirlərin hərbi qulluqçular üçün böyük əhəmiyyət daşıdığını bir daha qeyd edərək tədbirə yekun vurmuşdur.
 
05/06/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).