3:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın nümayəndələri Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri həyata keçirmişdir.
 
İyun ayının 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman Aparatının əməkdaşları Asiman Abbasov və Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva və Mərkəzin digər əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "Uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində dövlət siyasəti" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
A.Abbasov qeyd etmişdir ki, uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının təmin edilməsi, qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikası dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Məruzəçi vurğulamışdır ki, Azərbaycan Respublikası tərəfindən uşaqların sağlamlıq imkanları məhdudluğunu doğuran səbəblərin aradan qaldırmasına, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün sağlamlıq imkanları məhdud uşaqların bütün uşaqlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat vermək məqsədi ilə qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının kompleks şəkildə təmin edilməsi, onların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası istiqamətində görülən işlərin muxtar respublikamızda da uğurla davam etdirildiyini nəzərə çatdıran A.Abbasov tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı" bu istiqamətdə atılan növbəti addımdır. Sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarının təmin olunması məqsədilə qəbul olunan bu pro¬qrama əsasən, cari ildə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, ən mühüm tədbirlərdən biri isə 2014-cü ilin oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi olmuşdur.
Asiman Abbasov Muxtar Respublikada uşaq hüquqları, xüsusən də sağlamlıq imkanları məhdud uşaqların hüquqları ilə bağlı milli qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və Müvəkkilin bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Məruzəçi Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikası qanunu, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli sərəncamı ilə təsdiq etdiyi "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı", həmçinin, Uşaq hüquqları haqqında milli və beynəlxalq qanunvericiliyin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Ülvi Qurbanov Ombudsman Aparatı ilə keçirilmiş bu kimi tədbirlərin əhəmiyyətini vurğulamış, uşaqlarla, xüsusən də sağlamlıq imkanları məhdud uşaqlarla bağlı Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir.
 
12/06/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).