8:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

       Kəngərli rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

İyun ayının 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Kəngərli rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Məhərrəm Həsənov və Kəngərli rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Ombudsman təsisatının insan hüquqlarının müdafiəsində rolu və əhəmiyyəti" və "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası"nın tələblərinin izahı" mövzularında geniş məruzə ilə çıxış etmişdir.
Abil Orucəliyev Ombudsman təsisatı haqqında məlumat verərək qeyd etmişdir ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanimzləri sırasında dünyada ən geniş yayılmış təsisat qismində Ombudsman təsisatı fəaliyyət göstərir.
Öz müstəqilliyini elan etdikdən sonra demokratik hüquqi dövlət quruculuğu və buna uyğun hüquq sistemini özünün inkişaf yolu seçmiş Azərbaycan Respublikasının insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində hüquqi islahatlar həyata keçirməklə bərabər bu hüquq və azadlıqların daha effektiv müdafiəsini təmin etmək məqsədilə yeni səmərəli hüquq müdafiə mexanizmlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini qeyd edən A.Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, Ümummilli Lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı"nda ilk dəfə insan hüquqları üzrə Müvəkkil institutunun təsis edilməsi nəzərdə tutulmuşdur. 
Müvəkkil Aparatının əməkdaşı iştirakçıların nəzərinə çatdırmışdır ki, 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasnın "İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanunu qəbul edilmiş və 05 mart 2002-ci ildə isə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının "İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanununun tətbiq edilməsi haqqında Fərman imzalanmışdır . 
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq islahatlarının Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirildiyini vurğulayan A.Orucəliyev qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və böyük zəhməti sayəsində 20 fevral 2006-cı ildə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanun qəbul edilmiş və bunun davamı kimi Muxtar Respublikada konstitusion stausuna uyğun olaraq insan hüquqlarının yeni müdafiə mexanizmi olan Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı yaradılmışdır.
"İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası ilə əlaqədar olaraq Abil Orucəliyev qeyd etmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası 1950-ci il noyabrın 4-də Romada Avropa Şurası üzv dövlətləri tərəfindən qəbul olunmuş və 1953-cü il sentyabrın 3-də qüvvəyə minmişdir. 
Azərbaycan Respublikasının qoşulduğu Avropa Şurası sənədləri içərisində 1950-ci il tarixli İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın xüsusi yeri olduğunu nəzərə çatdıran Ombudsmanın nümayəndəsi bildirmişdir ki, Avropa İnsan Hüquqları Konvensiyası Avropa şurasının ən mühüm nailiyyətlərindən sayılır. Konvensiyanın I bölməsinə daxil olan 2-dən 18-ə kimi maddələrdə əsas insan hüquqları və azadlıqları sadalanır. Konvensiyada əsas etibarilə mülki və siyasi hüquqlar təsbit olunmuşdur (yaşamaq hüququ, işgəncələrin qadağan olunması, köləliyin və məcburi əməyin qadağan olunması, azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ, fikir, vicdan və din azadlığı, özünü ifadə etmək azadlığı, yığıncaqlar və birləşmək azadlığı, nikah hüququ, səmərəli hüquqi müdafiə vasitələri hüququ, ayrı seçkiliyin qadağan olunması).
Daha sonra məruzəçi "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun və "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Məhərrəm Həsənov şöbə əməkdaşlarına xidməti vəzifələrinin icrası ilə bağlı öz tövsiyələrini vermiş və Müvəkkil aparatı ilə birgə keçirilmiş belə tədbirləri yüksək qiymətləndirərək, bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulamışdır.
 
    18/06/2015 
  













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).