11:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.

İyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Müvəkkil Aparatının əməkdaşları Asiman Abbasov və Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov və Dispanserin digər əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "Psixi vəziyyəti yaxşılaşmış və ya tam sağalması nəticəsində stasionar müalicəyə ehtiyacı olmayan pasiyentin psixiatriya stasionarından çıxarılması" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
A.Abbasov Azərbaycan Respublikasının Konstistusiyasının 41-ci maddəsində təsbit olunmuş sağlamlığın qorunması hüququ barədə məlumat verərək qeyd etmişdir ki, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
Psixiatriya yardımının tibbi yardımın əsas növlərindən biri olduğunu diqqətə çatdıran Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, qeyd olunan konstitusion normaya uyğun olaraq hər kəsin psixiatriya yardımı almaq hüququ vardır. Psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.
Daha sonra məruzəçi Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov Müvəkkil aparatı ilə birgə keçirilmiş belə tədbirləri yüksək qiymətləndirərək, bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

24/06/2015













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).