2:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Sərhəd Diviziyasının zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

İyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Sərhəd Diviziyasının əməkdaşları tərəfindən Naxçıvan Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov və Naxçıvan Sərhəd Diviziyasının müvafiq zastavalarının əsgər və zabit heyəti iştirak etmişlər.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Həqiqi hərbi xidmətə qəbul və hərbi qulluqçuların hüquq və vəzifələri" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Abil Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur və vətəndaşlar qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçirlər.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücümun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət etdiyini diqqətə çatdıran A.Orucəliyev vurğulamışdır ki, 1995-ci il Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikası qısa bir müddət ərzində müdafiə, hərbi quruculuq, Silahlı Qüvvələrin komplektləşdirilməsi məsələlərini nizama salan qanunlar qəbul etmiş, hərbi xidmətin əsasları, hərbi xidmətə çağırışın və qəbulun, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçotu, hərbi xidmətin yüksək nizam-intizamla keçirilməsi, Silahlı Qüvvələrin döyüş və səfərbərlik hazırlığının saxlanması qaydaları müəyyən etmişdir.
Müvəkkil təsisatının nümayəndəsi qeyd etmişdir ki, hərbi qulluqçu "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti hərbi rütbənin vaxtında verilməsi hüququna malikdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, vəzifə borcunu nümunəvi yerinə yetirmiş zabitlərə növbəti hərbi rütbə "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda onların vəzifələri müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yüksək və ya verilmiş hərbi rütbədən bir pillə yüksək hərbi rütbə vaxtından əvvəl verilə bilər. Həmçinin, xidmət zamanı səy göstərdiklərinə və başqalarından fərqləndiklərinə görə hərbi qulluqçuların mükafatlandırılma hüququ vardır, vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə onlar Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər.
Daha sonra məruzəçi Azərbaycan Respublikası hərbi qanunvericiliyinin müvafiq müddəalarını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov Ombudsman təsisatının əməkdaşları ilə birgə keçirilmiş belə tədbirləri yüksək qiymətləndirərək, bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

24/06/2015













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).