11:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən həyata keçirilən başçəkmələr iyun ayı ərzində də davam etdirilmişdir.

İyun ayı ərzində Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Müvəkkilin Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən Naxçıvan Körpələr evi və Ailələrə Dəstək Mərkəzində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Kəngərli və Babək rayon Polis Şöbələrində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsində və Naxçıvan şəhər Polis İdarəsinin 1¹ li Polis bölməsində, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Naxçıvan Hava Nəqliyyatının Polis bölməsində, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəsssisəsinin ümumi rejim-1, ümumi rejim-2, ciddi və həbsxana bölmələrinə başçəkmə həyata keçirilmişdir.
Başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanılan və ya müalicə alan şəxslərin saxlanılma şəraitini və işçi heyətin onlarla rəftarını araşdırmaqdan ibarət olmuşdur.
Bu müəssisələrdə müalicə alan şəxslərlə qrup şəklində çoxsaylı söhbətlər aparılmış, saxlanılan və ya müalicə alan şəxslər şəraitdən və rəftardan narazılıq etməmiş, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunmuşdur.
Başçəkmə zamanı Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir
.

30/06/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).