19:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

İyul ayının 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)Aparatında 2015-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.


Yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 2015-ci ilin birinci yarısında Müvəkkil təsisatının fəaliyyətinin yekunları barədə geniş məruzə ilə çıxış etmişdir.
Qeyd edilmişdir ki, 2015-ci ilin birinci yarısında da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
Bildirilmişdir ki, cari ilin birinci yarısında insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılmış, aid qurumlara sorğular göndərilmiş və şifahi qəbul zamanı ərizəçilərə çoxsaylı hüquqi məsləhətlər verilmişdir. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılmış və daxil olan bütün müraciətlər araşdırılmışdır.
Vurğulanmışdır ki, Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə işinin təşkil edilməsidir. Cari ilin birinci yarısında Ombudsman təsisatı tərəfindən, ümumilikdə, müxtəlif sosial qruplara ünvanlanmış 60 tədbir keçirilmişdir. Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ədliyyə, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə aid 26 müəssisədə bəhs olunan dövrdə, ümumilikdə, cəmi 51 başçəkmə həyata keçirilmişdir.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsini, qanunvericilik bazasının zənginləşdirilməsini, Naxçıvan Muxtar Respublikasında insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkilin və təsisatın fəaliyyətinin işıqlandırılmasını, elektron müraciət səhifəsinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanılmasını vurğulayan Ülkər Bayramova qarşıda duran vəzifələrdən də danışaraq qeyd etmişdir ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübə daha da inkişaf etdirilməli və mütəmadi təkmilləşdirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

29/07/2015

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).