0:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın Preventiv Qrupunun üzvləri başçəkmələri iyul ayı ərzində də davam etdirmişdir. 

İyul ayı ərzində Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayon Polis şöbələrində, Şərur rayon Polis şöbəsinin İbadullah polis bölməsində, Culfa rayon Polis şöbəsinin Əlincə polis bölməsində, Ordubad rayon Polis şöbəsinin Biləv polis bölməsində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Şərur Dəmiryol Nəqliyatında Polis bölməsində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerində, Ordubad şəhər tam orta İnternat məktəbində, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Culfa Dəmiryol Nəqliyatında Polis bölməsində əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr həyata keçirilmişdir.
Başçəkmələrdə məqsəd saxlanılan şəxslərin saxlanılma şəraitini və işçi heyətin onlarla rəftarını araşdırmaqdan ibarət olmuşdur.
Bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində çoxsaylı söhbətlər aparılmış, saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməmiş, onlara hüquqları və Müvəkkilin səlahiyyətləri izah olunmuşdur.
Başçəkmə zamanı Preventiv qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.

31/07/2015













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).