9:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın nümayəndəsi Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən keçirilmiş seminarda iştirak etmişdir. 


İyul ayının 31-də Şərq qapısı qəzetinin inzibati binasının akt zalında Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının təşkilatçılığı ilə "Kütləvi informasiya vasitələrində hərbi proqram və materialların hazırlanma qaydaları və informasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilmişdir.
Seminarda Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Mirqiyas Rüstəmov, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev və Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının əməkdaşları iştirak etmişdir.
  Seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının əməkdaşı Fərasət Əsədullasoy açmışdır.
Seminarda Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Mirqiyas Rüstəmov "Əlahiddə Ümumqoşun Ordusunda Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili qaydaları, əsas istiqamətlər və prinsiplər" mövzusunda çıxış edərək gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində, həmçinin Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında hərbi proqram və materialların hazırlanmasının vacibliyindən, proqram və materialların hazırlanması prosesində teleradio əməkdaşlarının diqqət çəkməli olduqları qaydalardan danışıb.
Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birgə hərbi proqram və materialların hazırlanması prosesində mövcud qaydaların tətbiqinin artıq öz müsbət nəticələrini verməkdə olduğunu vurğulayan Mirqiyas Rüstəmov qeyd etmişdir ki, Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki hissə və bölmələrdən kənara informasiya təhlükəsizliyi qaydalarına zidd olan, əməliyyat şəraitinə mənfi təsir edən məlumatlar yayılmır.
Seminarda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Abil Orucəliyev "Hərbi informasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsi" mövzusunda məruzə ilə çıxış edərək qanunvericilikdə informasiya fəaliyyətinin hüquqi qaydaları və kütləvi informasiya vasitələrinin hərbi informasiya təhlükəsizliyi sahəsində əməl etmələri vacib olan normativ-hüquqi aktlar barəsində danışmışdır.
Azərbaycanda Respublikasında informasiya təhlükəsizliyinin təmin olunması məsələləri haqqında tədbir iştirakçılarına məlumat verən A.Orucəliyev qeyd etmişdir ki, Azərbaycanda Respublikasında informasiya təhlükəsizliyinin təmin olunması məsələləri Azәrbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli sәrәncamı ilә tәsdiq edilmiş Azәrbaycan Respublikasının Milli Tәhlükәsizlik Konsepsiyasında, "Milli Təhlükəsizlik haqqında", həmçinin "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Milli Təhlükəsizlik Konsepsiyasında qeyd olunur ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir. Sənəddə məxfi informasiyanın mühafizə olunmasının koordinasiyasının milli təhlükəsizlik sektorunun əsas məsələlərdən biri olduğu vurğulanır və qeyd edilir ki, Azərbaycan bundan sonra da öz milli kəşfiyyat və əks-kəşfiyyat qabiliyyətini artıracaq, dövlət sirrinə aid edilmiş məlumatların mühafizəsi ilə bağlı fəaliyyətini davam etdirəcəkdir.
Seminarda Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının əməkdaşı Ləman Nəcəfzadə "Hərbi informasiya təhlükəsizliyinin qorunmasında teleradioların rolu və jurnalistlərin vəzifələri" mövzusunda tədbir iştirakçılarını məlumatlandırmışdır.
Sonra mövzu ilə əlaqədar müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

                                                                                                             02/08/2015













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).