4:15 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Sərhəd Diviziyasının zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

Avqust ayının 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Sərhəd Diviziyasının əməkdaşları tərəfindən Naxçıvan Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Fuad Heydərov və Naxçıvan Sərhəd Diviziyasının müvafiq zastavalarının əsgər və zabit heyəti iştirak etmişlər.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Hərbi qulluqçuların səsvermə hüququ" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Abil Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində-referendumda öz təzahürünü tapır.
Azərbaycan dövlətinin Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verdiyini vurğulayan A.Orucəliyev tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
Hərbi qulluqçuların səsvermə hüququ haqqında bəhs edən Ombudsman Aparatının əməkdaşı bildirmişdir ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının seçkili dövlət orqanlarına seçmək və seçilmək, ümumxalq müzakirələrində və səsvermələrində (referendumlarda) iştirak etmək hüququna malikdirlər.
Daha sonra məruzəçi Azərbaycan Respublikası Seçki və hərbi qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.

13/08/2015













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).