4:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın nümayəndələri növbəti hüquqi maarifləndirmə tədbirini həyata keçirmişdir.
 
Avqust ayının 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Əlahiddə Ümumqoşun Ordusunun müvafiq struktur bölmələri ilə birlikdə Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
Həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordu Komandanlığının əməkdaşları və N saylı hərbi hissənin zabit və əsgər heyəti iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Hərbi xidmət keçməkdən boyunqaçırma, hərbi hissəni və ya xidmət yerini öz başına tərk etmə və Fərarilik" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Abil Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası vətənin müdafiəsini onun hər bir vətəndaşının borcu, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməni isə vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyən edir.
A. Orucəliyev hərbi xidmət əleyhinə olan cinayətlər haqqında məlumat verərək bildirmişdir ki, çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
Hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və Hərbi Nizamnamələrində müəyyən edilmiş hərbi intizama ciddi riayət etməyə borclu olduğunu vurğulayan A.Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası CM-in 333-cü maddəsində hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsinə, o cümlədən, üzrlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Daha sonra məruzəçi hərbi və cinayət qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
28.08.2015
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).