16:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.

Sentyabr ayının 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ciddi, ümumi rejim-1 və ümumi rejim-2 bölmələrində hüquqi maarifləndirmə tədbirləri keçirmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əkbər Bünyadov, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin əməkdaşları və həmin müəssisədə cəza çəkən məhkumlar iştirak etmişlər.
Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyev Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ciddi rejimində keçirilən tədbirdə "Cinayət qanunvericiliyində əfvetmə institutu", ümumi rejim-1 bölməsində keçirilən tədbirdə "Məhkumların Seçki Hüququ" və ümumi rejim-2 bölməsində keçirilən tədbirdə isə "Məhkumların əməyə cəlb olunması və onların pensiya təminatı" mövzularında geniş məruzə ilə çıxış etmişdir.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının seçki, cinayət, cinayət-prosesual və cəzaların icrası qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır

14.09.2015














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).