9:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Preventiv mexanizm qrupunun üzvləri tərəfindən sentyabr ayı ərzində növbəti başçəkmələr həyata keçirilmişdir.
 
 
Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən sentyabr ayı ərzində Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur, Kəngərli, Şahbuz, Babək, Culfa və Ordubad rayon Polis Şöbələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur rayon Polis Şöbəsinin İbadullah, Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin Şərur Dəmiryol Nəqliyyatı, Culfa rayon Polis Şöbəsinin Əlincə, Ordubad rayon Polis Şöbəsinin Biləv, Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin Culfa, Babək rayon Polis Şöbəsinin Cəhri polis bölmələrində, Ordubad şəhər tam orta internat məktəbində, Naxçıvan şəhər Polis İdarəsində, Naxçıvan şəhər Polis İdarəsinin 1šli Polis bölməsində, Müvəqqəti Saxlama yerində, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evində, Naxçıvan Muxtar Respublikasının Psixi Xəstəliklər Dispanserində, Naxçıvan Muxtar Respublikası Ədliyyə Naziriliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ciddi və ümumi rejimlərində əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr həyata keçirilmişdir.
Başçəkmələrdə məqsəd saxlanılan şəxslərin saxlanılma şəraitini və işçi heyətin onlarla rəftarını araşdırmaqdan ibarət olmuşdur.
Bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində çoxsaylı söhbətlər aparılmış, saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməmiş, onlara hüquqları və Müvəkkilin səlahiyyətləri izah olunmuşdur.
Başçəkmə zamanı Preventiv qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.
 
01.10.2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).