8:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın Preventiv qrupunun üzvləri oktyabr ayı ərzində də başçəkmələri davam etdirmişdir.
 
Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən 2015-ci ilin oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur, Şahbuz və Culfa rayon Polis Şöbələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur rayon Polis Şöbəsinin İbadullah, Babək rayon Polis Şöbəsinin Cəhri polis bölmələrində, Naxçıvan şəhər Polis İdarəsində, Naxçıvan şəhər Polis İdarəsinin 1¹ li Polis bölməsində, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar Evində", Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin həbsxana, ciddi və ümumi rejimlərində, Naxçıvan Qarnizon Hauptvaxtında əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr həyata keçirilmişdir.
Başçəkmələrdə məqsəd yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur.
Bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində çoxsaylı söhbətlər aparılmış, saxlanılan şəxslər saxlanılma şəraitindən və onlarla rəftardan narazılıq etməmiş, qəbul zamanı saxlanılan şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri və Ombudsmanın səlahiyyətləri izah edilmişdir.
Başçəkmə zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.
 
02/11/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).