5:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova Bakı şəhərində keçirilmiş Ombudsmanların XIII beynəlxalq konfransında iştirak etmişdir.

 

Noyabrın 12-də Bakı şəhərində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun yaranmasının 70-ci ildönümünə həsr edilmiş Ombudsmanların beynəlxalq konfransı keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iştirak etmişdir.
Avropa, Asiya və Afrikanın 10-dan çox ölkəsindən ombudsmanlar və onların nümayəndələrinin, insan hüquqları sahəsində beynəlxalq ekspertlərin, nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin, tanınmış hüquqşünas alimlərin iştirak etdiyi tədbirdə Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu ilə bağlı geniş müzkirələr aparılmış, məruzələr dinlənilmişdir.
Konfransın Plenar iclasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova "İnsan hüquqları sahəsində həyata keçirilən hüquqi islahatlar və onların Naxçıvan Muxtar Respublikasında icrası" mövzusunda geniş məruzə ilə çıxış edərək muxtar respublikada hüquq institutlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının konstitusion statusuna uyğun yaradılmış Müvəkkil təsisatının fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi və əhalinin müxtəlif qrupların hüquqlarının müdafiəsi, o cümlədən dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılan mütərəqqi islahatlar və görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramovanın blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasında insan hüquqları sahəsində həyata keçirilən hüquqi islahatlar barəsində məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış, verilən suallar cavablandırılmışdır.
Tədbir öz işini iclas və sessiyalarla davam etdirmişdir.
Beynəlxalq konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunmuşdur.

 

17.11.2015














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).