3:23 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Preventiv qrupunun üzvləri tərəfindən növbəti başçəkmələr həyata keçirilmişdir.
 
Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən 2015-ci ilin noyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək, Culfa və Ordubad rayon Polis Şöbələrində, Culfa rayon Polis Şöbəsinin Əlincə və Ordubad rayon Polis Şöbəsinin Biləv polis bölmələrində, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziriliyinin Müvəqqəti Saxlama Yerində, Naxçıvan Muxtar Respublikası Təhsil Naziriliyinin tabeliyində olan Ordubad şəhər tam orta İnternat məktəbində, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin həbsxana, ciddi rejimlərində və qadınlar bölməsində, Naxçıvan Qarnizon Hauptvaxtında əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr həyata keçirilmişdir.
Başçəkmələrdə məqsəd yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur.
Bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində çoxsaylı söhbətlər aparılmış, saxlanılan şəxslər saxlanılma şəraitindən və onlarla rəftardan narazılıq etməmiş, qəbul zamanı saxlanılan şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri və Ombudsmanın səlahiyyətləri izah edilmişdir.
Başçəkmə zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.
 
30.11.2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).