7:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Qarışıq rejimli cəzaçəkmə müəssisəsində hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.

 

Dekabrın 9-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müvafiq bölmələri ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi və ciddi rejimlərində hüquqi maarifləndirmə tədbirləri keçirmişdir.
Həyata keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrin əməkdaşları və Ümumi və ciddi rejimlərdə cəza çəkən məhkumlar iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyevin Ümumi rejimdə keçirilən tədbirlərdə "Məhkumlara qohumları, vəkilləri və digər şəxslərlə görüşlərin və telefon danışıqlarının verilməsi qaydaları" və "Məhkumların islah edilməsi və onun əsas vasitələri", ciddi rejimdə keçirilən tədbirdə isə "Cəzaçəkmə müəssələrində və ya İstintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əyaların verilməsi, ötürülməsi, həmçinin məhkumlar tərəfindən həmin əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi ilə bağlı AzərbaycanRespublikası Cinayət Məcəlləsinin tələblərinin izahı" mövzularında geniş məruzələri dinlənilmişdir.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının cinayət, cinayət-prosesual və cəzaların icrası qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Müvəkkil Aparatının əməkdaşının məruzələri tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
09.12.2015 

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).