1:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsmanın nümayəndələri hüquqi maarifləndirmə tədbirlərini davam etdirmişdir.
 
Dekabrın 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, həmçinin, Psixi Xəstəliklər Dispanserində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Asiman Abbasov və Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva və Mərkəzin digər əməkdaşları, Psixi Xəstəliklər Dispanserində isə Müvəkkil Aparatının əməkdaşları Asiman Abbasov və Turqay Mirzəyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Dispanserin baş həkimi Rəşadət Nabatov və Dispanserin digər əməkdaşları iştirak etmişlər.
Müvəkkil Aparatının əməkdaşı Asiman Abbasovun Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində "Sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial yardım almaq hüququ" və Psixi Xəstəliklər Dispanserində isə "Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsində qəyyum və himayəçinin rolu" mövzularında geniş məruzələri dinlənilmişdir.
Məruzəçi Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləsinin, həmçinin "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
  08/12/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).