18:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Şahbuz rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Dekabrın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Şahbuz rayon Polis Şöbəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Şahbuz rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişlər.
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyevin "Qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində polis əməkdaşlarının rolu" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
A.Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə görə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
"Hazırda respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın Respublikasının ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır" deyə çıxış edən Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının da müstəsna rolu vardır. Cinayətkarlarlığın bütün forma və təzahürlərinə qarşı mübarizə aparan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışdır. 
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası və "Polis haqqında" Azərbaycan Respublikası qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Abil Orucəliyevin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış, verilən suallar cavablandırılmışdır.
 
  11/12/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).