11:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilmişdir.
 
Dekabrın 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilmişdir. 
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
5. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin seçilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir.
Məruzədən sonra Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov çıxış etmişlər.
"Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsinin təsdiq edilməsi" və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin təsdiq edilməsi" barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər.
Sessiyada "Naxçıvan Muxtar Respublikasının 2016-cı il dövlət büdcəsi" və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi" təsdiq olunmuşdur.
Sonra gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmişdir.
"Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 22-ci maddəsinə müvafiq olaraq sessiyada Naxçıvan Muxtar Respublikası Ali Vəzifəli Şəxsinin Mərkəzi Seçki Komissiyasının üzvləri haqqında təklifinə baxılaraq təsdiq olunmuşdur.
Ali Məclisin Sədri sessiyaya yekun vuraraq 2015-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik etmişdir. 
Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış ikinci sessiyası öz işini başa çatdırmışdır.
 
24/12/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).