7:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 2015-ci il üzrə illik məruzəsini təqdim etmişdir.
 
Dekabrın 22-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilmişdir. 
Sessiyada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova 2015-ci ildə fəaliyyəti haqqında illik məruzə ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qarşısında çıxış etmişdir.
Məruzənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında Müvəkkilin insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, eyni zamanda bu sahədə əhalinin müxtəlif sosial qrupları və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə keçirilmiş tədbirlər, dövlət orqanlarının, qeyri hökumət təşkilatlarının, ictimai qurumların Müvəkkil təsisatı ilə mövcud əməkdaşlığı haqqında məlumatların verilməsindən ibarətdir. 
Müvəkkilin 2015-ci il üçün təqdim edilən məruzəsi daxil olan müraciətlərə baxılmasının nəticələri, Preventiv mexanizm funksiyasının icrası, əhalinin müxtəlif sosial qrupları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilmiş təhlili əsasında tərtib edilmişdir.
Məruzədə insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlər öz əksini tapmışdır.
Məruzənin hazırlanmasında, həmçinin dövlət orqanlarından alınmış rəsmi məlumatlardan da istifadə edilmişdir.
Məruzə "Şərq Qapısı" qəzetində dərc olunmuşdur.
 
25/12/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).