18:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Dekabrın 29-da Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında qarşıya qoyulmuş vəzifələr və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2015-cü ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.
 
 
 Yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 2015-ci ildə Müvəkkil təsisatının fəaliyyətinin yekunları barədə geniş məruzə ilə çıxış etmişdir. 
Qeyd edilmişdir ki, 2015-ci ildə də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur. 
Bildirilmişdir ki, cari ilin ötən dövrü ərzində insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılmış, aid qurumlara sorğular göndərilmiş və şifahi qəbul zamanı ərizəçilərə çoxsaylı hüquqi məsləhətlər verilmişdir. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılmış və daxil olan bütün müraciətlər araşdırılmışdır.
Vurğulanmışdır ki, Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə işinin təşkil edilməsidir. 2015-ci ilin ötən dövrü ərzində Müvəkkil təsisatı tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə 80 tədbir keçirilmişdir. Müvəkkil Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 28 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 111 başçəkmə həyata keçirmiş, Preventiv mexanizmin fəaliyyəti ilə bağlı maarifləndirmə tədbirlərində 1578 nəfər iştirak etmişdir.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsini, qanunvericilik bazasının zənginləşdirilməsini, Naxçıvan Muxtar Respublikasında insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkilin və təsisatın fəaliyyətinin işıqlandırılmasını, elektron müraciət səhifəsinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanılmasını vurğulayan Ülkər Bayramova qarşıda duran vəzifələrdən də danışaraq qeyd etmişdir ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübə daha da inkişaf etdirilməli və mütəmadi təkmilləşdirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
 
30/12/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).