5:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən dekabr ayı ərzində növbəti başçəkmələr həyata keçirilmişdir.
 
 
Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən 2015-ci ilin dekabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində və Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin həbsxana, ciddi və ümumi rejimlərində, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerində və Şahbuz rayon Polis Şöbəsində, həmçinin Naxçıvan Qarnizon Haupvaxtında əvvəlcədən xəbərdarlıq edilmədən planlı başçəkmələr həyata keçirilmişdir.
Başçəkmələrdə məqsəd yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan və müalicə alan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur.
Bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində çoxsaylı söhbətlər aparılmış, saxlanılan şəxslər saxlanılma şəraitindən və onlarla rəftardan narazılıq etməmiş, qəbul zamanı saxlanılan şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri və Ombudsmanın səlahiyyətləri izah edilmişdir.
Başçəkmə zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.
 
30/12/2015 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).