23:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması" mövzusunda seminar keçirilmişdir.
 
Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada "Naxçıvan Muxtar Respublikasının Dövlət Qulluqçularının Reyestrinin aparılması" mövzusunda seminar keçirilmişdir. 
Seminarda komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, son illər muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 
Dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılmasının, onlara lazımi iş şəraitinin yaradılmasının, dövlət idarəetməsində informasiya texnologiyalarının tətbiqinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan İ.Qəribli qeyd etmişdir ki, Dövlət Qulluqçularının Reyestrinin aparılması üçün proqram təminatının hazırlanaraq istifadəyə verilməsi dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin etmişdir. "Reyestrin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatların toplanılması, bu məlumatların yenilənməsi və təhlil edilməsidir" deyə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli diqqətə çatdırmışdır ki, bütün bu görülən işlər isə dövlət qulluqçularının qulluqda yüksəlməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması və digər məsələlərin həllində məlumat bazasından maksimum şəkildə yararlanılmasına, zəruri hallarda müvafiq dövlət orqanlarının həmin məlumatlarla təmin olunmasına geniş imkanlar yaradır. 
Komissiya sədri bildirmişdir ki, bəzi hallarda reyestrin aparılması zamanı bir sıra nöqsanlara yol verilir. Bu da reyestrdən istifadənin səmərəliliyini azaldır. Seminarın keçirilməsində məqsəd bu nöqsanların ortaya çıxmasının səbəbləri və onların aradan qaldırılması yollarının iştirakçıların diqqətinə çatdırılmasıdır.
Seminarda komissiyanın əməkdaşı Mahir Abbasov slayd vasitəsilə reyestrin düzgün aparılma qaydaları haqda iştirakçılara məlumat vermişdir. 
Qeyd etmək lazımdır ki, seminarda, həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı da iştirak etmişdir. 
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
 
26/01/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).