10:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

2016-cı ildə də Müvəkkilin preventiv mexanizm funksiyalarının icrası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Preventiv mexanizm qrupu Naxçıvan Muxtar Respublikası ərazisində azadlıqdan məhrum etmə yerlərində, müvəqqəti saxlama təcridxanalarında, o cümlədən müvafiq sosial obyektlərdəki saxlanma şəraitini və vəziyyəti daim diqqətdə saxlayır, bu müəssisələrdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələri davam etdirirlər.
Fevralın 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərtib olunmuş müvafiq qrafik əsasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə və Naxçıvan Qarnizon Haupvaxtına qabaqcadan xəbər vermədən planlı olaraq başçəkmə həyata keçirmişlər.
Preventiv Mexanizm Qrupunun üzvləri tərəfindən həyata keçirilmiş başçəkmənin əsas məqsədi yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraitini, müəssisələrdə saxlanılma rejimini, qidanın keyfiyyətini, işçi heyətin onlarla rəftarını, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətini araşdırmaqdan ibarət olmuşdur. 
Bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində çoxsaylı söhbətlər aparılmış, saxlanılan şəxslər saxlanılma şəraitindən və onlarla rəftardan narazılıq etməmiş, qəbul zamanı saxlanılan şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri və Ombudsmanın səlahiyyətləri izah edilmişdir.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməmişdir.
 
19/02/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).