0:01 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" mövzusunda seminar keçirilmişdir.
 
Fevral 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada "Dovlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" mövzusunda seminar keçirilmişdir. 
Seminarda komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilməlidir. Komissiya qeyd olunan normanın Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə "Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları"nı təsdiq edib. Qaydalara əsasən dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun tabe olduğu rəhbər tərəfindən həyata keçirilir. Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə görə yekun hesabat mart ayının 1-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilir.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin meyarlara görə qiymətləndirilməsi məqsədilə rəhbər tərəfindən hər ilin yanvar ayında dövlət qulluqçusu qarşısında təqvim ili ərzində icra etməli olduğu mühüm tapşırıqlar (hədəflər) qoyulduğunu diqqətə çatdıran Komissiya sədri bildirmişdir ki, dövlət qulluqçusunun xidməti fəaliyyəti peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər meyarlarına əsasən qiymətləndirilir. 
Seminarda komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülməmmədli hazırlanmış slaydlarla dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarını izah etmişdir.
Qeyd etmək lazımdır ki, seminarda, həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Qasım Bayramov da iştirak etmişdir. 
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
 
19/02/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).