14:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis şöbələrinə başçəkmələr davam etdirilir.
 
Preventiv Mexanizm funksiyalarının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və onun Preventiv mexanizm qrupunun üzvləri Naxçıvan Muxtar Respublikası ərazisində azadlıqdan məhrum etmə və məhdudlaşdırma yerlərində saxlanılan şəxslərin saxlanılma şəraitini daim diqqət mərkəzində saxlayır, bu müəssisələrdə müntəzəm olaraq planlı monitorinqlər aparır, qısa və uzunmüddətli başçəkmələr həyata keçirirlər. 
Bu tədbirlərin davamı olaraq martın 10-da Müvəkkilin Preventiv mexanizm qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur və Kəngərli rayon polis şöbələrinə qabaqcadan xəbər vermədən planlı olaraq başçəkmələr həyata keçirilmişdir.
"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələr zamanı yuxarıda adı çəkilən müəssisələrdə saxlanılma şəraiti və rəftar, həmçinin qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyəti Müvəkkilin Preventiv mexanizm qrupunun üzvləri tərəfindən öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
10/03/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).