16:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Preventiv mexanizm qrupunun üzvləri növbəti başçəkmələr həyata keçirmişdir.
 
Martın 11-də Müvəkkilin Preventiv mexanizm qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad, Culfa və Babək rayon polis şöbələrinə, həmçinin Ordubad şəhər tam orta İnternat məktəbinə təsdiq edilmiş plan üzrə başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələr zamanı yuxarıda adı çəkilən müəssisələrdə saxlanılma şəraiti və rəftar, həmçinin qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyəti Müvəkkilin Preventiv mexanizm qrupunun üzvləri tərəfindən öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
14/03/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).