21:20 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına əsasən hüquqi maarifləndirmə tədbirləri 2016-cı ildə də uğurla davam etdirilir. 
 
Aprel ayının 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
    Tədbirdə Ombudsman Aparatının əməkdaşları Asiman Abbasov və Vahidə Bayramova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva və Mərkəzin digər əməkdaşları iştirak etmişlər.
      Tədbirdə Naxçıvan Muxtar respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunmasında rolu və əhəmiyyəti" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
     A.Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən dövlət onların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir. 

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi və reabilitasiyasını  daha da  yaxşılaşdırmaq məqsədilə Naxçıvan  Muxtar  Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli 13-05/S nömrəli Sərəncamı ilə  “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edildiyini vurğulayan Ombudsmanın nümayəndəsi qeyd etmişdir ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın qəbul olunmasında ümumi məqsəd sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi, sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, sağlamlıq imkanları məhdud uşaqların müasir informasiya texnologi­ya­larından  istifadə imkanlarının artırılması, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı müvafiq pedaqoji kadrların hazırlanmasından ibarətdir.
       Məruzəçi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli 13-05/S nömrəli Sərəncamı ilə təsdiq etdiyi "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı" barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
        Daha sonra tədbir iştirakçılarını maraqlandırılan suallar cavablandırılmışdır. 
    Tədbirə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov yekun vurmuşdur.

 
11/04/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).