20:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Aprel ayının 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserin baş həkimi Rəşadət Nabatov və Dispanserin digər əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasov "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın beynəlxalq və milli qanunvericilikdə təsbiti" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası, onun Fakültativ Protokolu, həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov yekun vurmuşdur.
 
12/04/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).