20:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərəfindən həyata keçirilən başçəkmələr aprel ayı ərzində də davam etdirilmişdir.
 
Aprel ayı ərzində Müvəkkilin Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr evi Ailələrə Dəstək Mərkəzinə, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəklər Dispanserinə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziriliyinin Şahbuz rayon Polis Şöbəsinə, Babək rayon Polis Şöbəsinin Cəhri polis bölməsinə, həmçinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evinə təsdiq edilmiş plan üzrə başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan və ya müalicə alan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur.
Bu müəssisələrdə saxlanılan və ya müalicə alan şəxslərlə qrup şəklində çoxsaylı söhbətlər aparılmış, saxlanılan və ya müalicə alan şəxslər saxlanılma şəraitindən və onlarla rəftardan narazılıq etməmiş, qəbul zamanı onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri və Ombudsmanın səlahiyyətləri izah edilmişdir.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
02/05/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).