3:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına əsasən hüquqi maarifləndirmə tədbirləri 2016-cı ildə də uğurla davam etdirilir.
 
Mayın 6-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları tərəfindən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının müvafiq zastavalarının əsgər və zabit heyəti iştirak etmişlər.
Tədbirlərdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyevin "Hərbi xidmət keçməkdən boyunqaçırma, hərbi hissəni və ya xidmət yerini öz başına tərk etmə" və "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın beynəlxalq və milli qanunvericilikdə təsbiti" mövzularında geniş məruzəsi dinlənilmişdir.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası, onun Fakültativ Protokolu, hərbi qanunvericilik, həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
Tədbirə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov yekun vurmuşdur.
 
10/05/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).