3:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına əsasən hüquqi maarifləndirmə tədbirləri 2016-cı ildə də uğurla davam etdirilir.
 
May ayının 26-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq təcridxanası, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin Ciddi, Ümumi rejim-1 və Ümumi rejim-2 bölmələrində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Mircəlal Seyidov, müvafiq müəssisələrin əməkdaşları və yuxarıda adı çəkilən müəssisələrdə cəza çəkən məhkumlar iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Mircəlal Seyidov Müvəkkil Aparatı ilə keçirilmiş bu kimi tədbirlərin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyevin Ümumi-1 rejim bölməsində keçirilən tədbirdə "Penitensiar müəssələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası Qanunvericiliyinin izahı", Ümumi-2 rejim bölməsində "Məhkumlara tətbiq olunan tənbeh və həvəsləndirmə tədbirləri", Ciddi rejimdə "Məhkumların əməyə cəlb olunması və onların pensiya təminatı" və İstintaq təcridxanasında keçirilən tədbirdə isə "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri" mövzularında geniş məruzələri dinlənilmişdir.
Daha sonra məruzəçi "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Penitensiar müəssələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında " Azərbaycan Respublikası qanunlarının, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının, Azərbaycan Respublikasının cinayət, cinayət-prosesual və cəzaların icrası qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
Tədbirlərə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Mircəlal Seyidov yekun vurmuşdur.
 
27/05/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).