19:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına əsasən hüquqi maarifləndirmə tədbirləri 2016-cı ildə də uğurla davam etdirilir.

 

İyunun 2-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsində hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Fariz Məmmədov və Dövlət Yol Polis İdarəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Fariz Məmmədov Müvəkkil Aparatı ilə keçirilmiş bu kimi tədbirlərin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyevin "Yol hərəkəti təklükəsizliyinə nəzarəti həyata keçirən YPX əməkdaşının yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibətlərin hüquqi tənzimlənməsi" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
"Polis haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən polis Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olmaqla təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa-zidd hərəkətlərdən qorumaqdan ibarətdir" deyə çıxış edən Müvəkkilin nümayəndəsi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər nazirinin 19 yanvar 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş Yol-Patrul Xidməti haqqında Təlimatın 1.1-ci bəndinə əsasən Yol-patrul xidməti Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin tərkib hissəsi olaraq, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir.
Daha sonra məruzəçi "Polis haqqında" və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının İnzibati Xətalar, İnzibati-Prosessual, Cinayət və Cinayət-Prosessual Məcəlllələrinin, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər nazirinin 19 yanvar 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş Yol-Patrul Xidməti haqqında Təlimatın müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Fariz Məmmədov idarə əməkdaşlarına xidməti vəzifələrinin icrası ilə bağlı öz tövsiyəllərini verərək Müvəkkil aparatı ilə birgə keçirilmiş belə tədbirləri yüksək qiymətləndirdi və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğuladı.
 
03/06/2016 

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).