17:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin Preventiv mexanizm qrupunun üzvləri tərəfindən həyata keçirilən başçəkmələr may ayı ərzində də davam etdirilmişdir.
 
May ayı ərzində Müvəkkilin Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Sədərək, Şərur və Kəngərli rayon Polis Şöbələrində, Şərur rayon Polis Şöbəsinin İbadullah polis bölməsində, Şərur Dəmiryol Nəqliyyatında xətt polis bölməsində, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəsssisəsinin ümumi və ciddi rejimlərində, həmçinin İstintaq Təcridxanasında təsdiq edilmiş plan üzrə başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur.
Bu müəssisələrdə saxlanılan şəxslərlə qrup şəklində çoxsaylı söhbətlər aparılmış, saxlanılan şəxslər saxlanılma şəraitindən və onlarla rəftardan narazılıq etməmiş, qəbul zamanı onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri və Ombudsmanın səlahiyyətləri izah edilmişdir.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
01/06/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).