4:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Əlahiddə Ümumqoşun Ordu Komandanlığı ilə birgə cari ildə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq hüquqi maarifləndirmə tədbirləri 2016-cı ildə də uğurla davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən birləşmə və hərbi hissələrdə hüquqi maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq əsgər, zabit və gizirlərlə görüşlərin təşkil edilməsi işi davam etdirilmişdir.
Bu məqsədlə iyun ayının 9-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Əlahiddə Ümumqoşun Ordusunun müvafiq struktur bölmələri ilə birlikdə Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbirləri keçirmişdir.
Həyata keçirilən tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşları və N saylı hərbi hissələrin zabit, gizir və əsgər heyəti iştirak etmişlər.
Bugünədək Müvəkkil Aparatı ilə birlikdə əsgər və zabitlərin müxtəlif mövzularda hüquqi marifləndirliməsinə dair bir sıra tədbirlərin həyata keçirildiyini bildirən Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Ricard İsmayılov Müvəkkil Aparatı ilə birgə keçirilmiş bu kimi tədbirlərin xüsusi önəm daşıdığını və hərbi qulluqçuların hüquq və vəzifələrinin daha dərindən öyrənilməsi, həmçinin hərbi hidmətin hüquqi əsaslarının gənc əsgərlərimizə təbliğ edilməsinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu vurğulamışdır.
Tədbirlərdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyevin "Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması" və "Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə verməyə görə cinayət məsuliyyətinin əsasları" mövzularında geniş məruzələri dinlənilmişdir.
Daha sonra məruzəçi Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət və İntizam Nizamnamələrinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Ricard İsmayılov əsgər, zabit və gizirləri qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qanunvericiliyin və hərbi nizamnamələrin tələblərinə daim əməl etməyə çağırmışdır.
 
10/06/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).