17:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

İyul ayının 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2016-cı ilin birinci yarımilində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
 
Yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova 2016-cı ilin birinci yarısında Müvəkkil təsisatının fəaliyyətinin yekunları barədə geniş məruzə ilə çıxış etmişdir.
Qeyd edilmişdir ki, 2016-cı ilin birinci yarısında da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi, elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
Bildirilmişdir ki, cari ilin birinci yarısında insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Müvəkkilə ünvanlanmış hər bir müraciət araşdırılmış, aid qurumlara sorğular göndərilmiş və şifahi qəbul zamanı ərizəçilərə çoxsaylı hüquqi məsləhətlər verilmişdir. Vətəndaşlar tərəfindən müxtəlif formada daxil olmuş müraciətlərə, həmçinin elektron müraciətlərə qanunla müəyyən edilən müddətlərdə baxılmış və daxil olan bütün müraciətlər araşdırılmışdır.
Vurğulanmışdır ki, Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə işinin təşkil edilməsidir. Cari ilin birinci yarısında Müvəkkil təsisatı tərəfindən, ümumilikdə, müxtəlif sosial qruplara ünvanlanmış 52 tədbir keçirilmişdir. 
2016-cı ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi yaradılmış, sistem üçün otaq ayrılmış, komputer və modem alınmış və nəzarət etməsi üçün məsul şəxs təyin edilmişdir.
Müvəkkil vurğulamışdır ki, 22 iyul 2016-cı il tarixdə beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilmiş Müvəkkilin Preventiv mexanizm yurisdiksiyası həm də qanunsuz miqrantların saxlanılması mərkəzlərinə şamil edilmişdir. Müvəkkil təsisatının bu sahədə səlahiyyətlərinin genişləndirilməsi insan hüquqlarının daha səmərəli müdafiəsinə xidmət etməklə yanaşı, məsuliyyətimizi daha da artırmışdır.
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsini, qanunvericilik bazasının zənginləşdirilməsini, Naxçıvan Muxtar Respublikasında insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkilin və təsisatın fəaliyyətinin işıqlandırılmasını, elektron müraciət səhifəsinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanılmasını vurğulayan Ülkər Bayramova qarşıda duran vəzifələrdən də danışaraq bilmişdir ki, təsisat bundan sonra da insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübə daha da inkişaf etdirilməli və mütəmadi olaraq təkmilləşdirilməlidir.
Sonra yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarından Babək Hacıyev, Abil Orucəliyev və Sadiq Babayev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Tədbirə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova yekun vurmuşdur.
 
29.07.2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).