1:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin Preventiv mexanizm qrupunun üzvləri iyul ayı ərzində növbəti başçəkmələr həyata keçirmişdir.
 
İyul ayı ərzində Müvəkkilin Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayon Polis şöbələri, Şərur rayon Polis şöbəsinin İbadullah, Babək rayon Polis Şöbəsinin Cəhri, Culfa rayon Polis Şöbəsinin Əlincə, Ordubad rayon Polis Şöbəsinin Biləv Polis bölmələri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziriliyinin Naxçıvan şəhər polis İdarəsi, Naxçıvan şəhər polis İdarəsinin 1 ¹-li Polis bölməsi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziriliyinin Naxçıvan Hava Nəqliyyatında Xətt Polis şöbəsi və Müvəqqəti Saxlama Yerinə, həmçinin Naxçıvan Qarnizon Haupvaxtına və Naxçıvan Muxtar Respublikası Təhsil Naziriliyinin tabeliyində olan Ordubad şəhər tam orta İnternat məktəbinə təsdiq edilmiş plan üzrə başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
31/07/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).