2:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Avqustun 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Şərur Rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev Müvəkkil Aparatı ilə keçirilmiş bu kimi tədbirlərin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyevin "Tutulan və ya həbs edilən şəxslərin müvəqqəti saxlama yerlərində maddi-məişət təminatı və bu sahədə beynəlxalq və milli qanunvericiliyin tələbləri" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
Abil Orucəliyev qeyd etmişdir ki, XX əsrin sonlarnda dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında aparılan hüquqi islahatlar ilə demokratik, hüquqi dövlət quruculuğu, insan hüquqlarının ən ali dəyər kimi qorunması, insan və cəmiyyətin mənafeyinin daha da önə çəkilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilmiş və ölkəmizin qısa müstəqillik dövrü ərzində milli qanunvericilik bazası təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılmışdır.
"Ölkədə qanunvericilik yönümündən aparılan islahatlarla yanaşı, həmçinin azadlıqdan məhrum edilmiş şəxslərin saxlanması şəraiti və onlarla rəftar sahəsində təşkilati istiqamətdə aparılmiş islahatlar da xüsusi vurğulanmalıdır" deyə çıxış edən A.Orucəliyev bildirmişdir ki, cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxslərin polis orqanınının nəzdində olan müəssisələrdə saxlama normaları, saxlanılma qaydaları, saxlanılanların hüquq və vəzifələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının «14» yanvar 2013-cü il tarixli Q1-001-13 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları ilə tənzimlənir.
Həmçinin Ombudsmanın nümayəndəsi diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) və Milli Preventiv qrupun üzvləri istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən Müvəqqəti Saxlama Yerinə daxil ola, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşə və söhbət edə, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış ola və surətlərini ala, akt tərtib edə, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdıra bilərlər. 
Daha sonra məruzəçi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının «14» yanvar 2013-cü il tarixli Q1-001-13 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş "Müvəqqəti Saxlama Yerlərinin Daxili İntizam Qaydaları"nın, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 aprel tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş "Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları" müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.
 
 23/08/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).